EN

“İndi Paşinyan da bunu anlayır” - Ərdoğan

“Hazırda bölgədə yeni nizam qurulur”.   Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.  “Reallıqla əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə zamanın həqiqətləri ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu anlayır”, - deyə Ərdoğan qeyd edib. 

Onun sözlərinə görə, hazırda real əsasda yeni yol xəritəsi yaratmaq zamanıdır: “Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olub, parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları sonsuzadək açıq qalmır. Ondan açıq qaldığı müddətcə yaxşı istifadə etmək lazımdır. Sadəcə diaspora deyil, bir çox təhrikedici dairələr bu prosesdə Ermənistana təsir etməyə çalışırlar. Biz bunların fərqindəyik və vaxtaşırı öz xəbərdarlıqlarımızı etmişik. Ümid edirəm, Ermənistan doğru yolu seçər və yeni bir dövr başlayar”.

Chosen
52
3
manset.az

10Sources