EN

Avropa Parlamentinin deputat köməkçisi Çinə casusluq ittihamı ilə SAXLANILDI

Drezden şəhərində “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan Avropa Parlamentinin deputat köməkçisi Maksimilian Kra Çin kəşfiyyat xidmətlərinə işləməkdə şübhəli bilinərək saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Karlsruedəki Baş Prokurorluğu məlumat yayıb.

Alman kəşfiyyat xidmətlərinin məlumatına görə, saxlanılan şəxs Çin xüsusi xidmətinin əməkdaşıdır. O, bu ilin yanvarında bir neçə dəfə Avropa Parlamentində aparılan danışıqlar və qərarlarla bağlı məlumatları ötürüb. Təqsirləndirilən şəxin Almaniyada yaşayan Çin hakimiyyətinin əleyhdarları haqqında da məlumat topladığı bildirilir.

Qeyd edək ki, aprelin 22-də Almaniyada Çinin xeyrinə casusluqda şübhəli bilinən üç vətəndaşın saxlanıldığı məlum olub. Almaniyanın Federal Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxslər ikili təyinatlı yeni texnologiyalar haqqında məlumatı Çin kəşfiyyat orqanlarına ötürüblər.

Xatirə SADİQ,

KONKRET.az

Chosen
190
6
konkret.az

10Sources