EN

"Kimdir bu "İran vətəndaşı", kimdir bizim ölkəni zəhərləyən?"

"Bu gün doğrudan da hər bir kəsi narahat edən bir məsələ var". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, narkotik artıq məktəblərə yol tapıb:

"Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündə məsuliyyətə cəlb edildi. Bu işlə məşğul olanlar deyir iran vətəndaşından almışam. "İran vətəndaşından almışam" ifadəsi artıq mövcuddur. Kimdir bu iran vətəndaşı, kim gətirir bunu, kimdir bizim ölkəni zəhərləyən? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Sərhəd məsələsinə də diqqət yetirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq".

Qafqaz Rafiqoğlu

Chosen
57
4
qaynarinfo.az

5Sources