Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.
Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə aparılıb. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.
E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.