Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.
Sfera.az xəbər verir ki, hərbi helikopterlər təlim zamanı qəzaya uğrayıb.
Lumut bazasında Kral Hərbi Dəniz Qüvvələrinin yaradılmasının 90-cı ildönümünü qeyd etmək üçün məşqlər keçirilib, təlim uçuşu faciə ilə nəticələnib. 10 nəfər ekipaj üzvləri həlak olub.
Malayziya Kral Hərbi Dəniz Qüvvələrinin yaradılmasının 90-cı ildönümü ilə bağlı tədbirlər həftənin sonunda keçirilməlidir və bir müddətdir ki, məşqlər gedir. Növbəti məşq isə dəhşətli faciə ilə başa çatıb.
"Bütün qurbanların hadisə yerində öldüyü elan edilib. Qalıqlar şəxsiyyətlərinin müəyyən edilməsi üçün Malayziya Kral Dəniz Hərbi Xəstəxanasına göndərilib"- məlumatda deyilir.
Toqquşma “AgustaWestland AW139” dəniz helikopteri və onun yüngül çəkisi olan “Eurocopter Fennec” təyyarəsi arasında baş verib. Faciənin səbəblərini müəyyən etmək üçün hadisə yerində istintaq orqanları çalışır.
Qeyd olunue ki, “AW139” Lumut bazasındakı stadionun pilləkənlərinə, ikinci helikopter idman kompleksinin üzgüçülük hovuzuna düşüb.
İnternetdə helikopterlərin stadionun üzərindən alçaqdan uçduğu, bundan sonra onlardan birinin ikincinin qanadına toxunduğu əks olunan videolar görmək mümkündür. Eyni zamanda Kral Donanması ictimaiyyəti qurbanların yaxınlarını incitməmək üçün videoları yaymaqdan çəkinməyə çağırıb. Bu, həmçinin ilkin istintaq araşdırmalarına mane olmamaq üçün vacibdir.
Xatırladaq ki, aprelin 19-da Rusiya Federasiyasında 16 yaşlı yeniyetmələrin Mi-8 helikopterini yandırmağa cəhd etdiyi barədə məlumat yayılmışdı. Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin sözlərinə görə, Tolyattidə yaşayan vətəndaşlar Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiklərini etiraf ediblər. Yanğın baş tutmayıb.
Aysel
Sfera.az