EN

Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq

ABŞ və Niger rəsmiləri 25 apreldə Niameydə ABŞ qüvvələrinin Afrika ölkəsindən çıxarılmasını rəsmi müzakirə etmək üçün görüşəcəklər.
 
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.
 
Qeyd olunub ki, Amerika tərəfi adından görüşdə ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitsqibbon və ABŞ-ın Afrika Komandanlığının təmsilçisi general-mayor Ken Ekman iştirak edəcək.
 
Danışıqlar zamanı ABŞ qüvvələrinin Nigerdən nizamlı çıxarılması ilə bağlı müzakirə olunacaq.
Chosen
82
5
moderator.az

6Sources