![Azərbaycanın](https://azertag.az/files/2024/1/1200x630/17140288271410352950_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançı halqalarla hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ötən gün start götürən yarışa aprelin 28-də yekun vurulacaq.