EN

Bakıda 3 məktəb direktoru cəzalandırıldı

Bakının 3 məktəbində nöqsanlar aşkar olunub.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.

Məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.

Chosen
116
24
sabah.az

10Sources