EN

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kimi havalar natəmiz şəraitdə hazırlandıqda sonradan insan sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur. Qablaşdırması və etiket məlumatı olmayan məhsulları almamalıyıq. Hər nə qədər ləzzətli görünsələrdə işə tələsən şəxslər, xüsusilə turistlər bu qidalar tez başa gəldiyi üçün almağa üstünlük verirlər. Bəs bu qidaları qəbul etmək nə dərəcədə etibarlıdır? İnsan sağlamlığına nə kimi zərərləri var?

Mövzu ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:

"Yol qırağında satılan qidaları hansı yağda və necə hazırlanır bilinmir. Eyni zamanda onların keyfiyyət parametrləri, o cümlədən etibarlılığı isə sual altındadır. Yaxşı olar ki, insanlar bu tip qidalardan istifadə etməsin. Düzdür bu qidaları sevən və almaq istəyənlər çoxdur. Amma burada birmənalı şəkildə demək olmur ki, onlar nə dərəcədə sağlamdır. Mən düşünürəm ki, bu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Ev şəraitində hazırlanan, konkret olaraq mağazada satılan, konkret istifadəsinə icazə verilən müəyyən qidaların qəbuluna meyl etmək lazımdır. Müvafiq qaydaları gözləməklə hər kəs öz qidasını özü hazırlamalıdır. Çünki bu tipli qidaların sonradan insan sağlamlığında problem yaratmaq ehtimalı var".

Chosen
59
sonxeber.az

1Sources