Nigeriyanın Niger əyalətində leysan yağış və fırtına məhbusların qaçmasına səbəb olub.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Federal Paytaxt Ərazisi (FCT) Həbsxanasının sözçüsü Adamu Duza verdiyi yazılı açıqlamada, dünən Nigerin Suleja bölgəsindəki leysan yağış və fırtınanın həbsxananın bir hissəsinin çökməsinə səbəb olduğunu bildirib.
Həbsxanada olan 119 məhbusun bu səbəbdən qaçdığını qeyd edən Duza təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyat-axtarış tədbirləri ilə indiyədək 10 məhbusun yaxalandığını bildirib.
7News.Az