Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 115 milyon manat kredit verilib.
Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar və səbəbləri açıqlanıb – HESABAT
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% və ya 4 milyon çoxdur.
Cari ilin yanvar-mart aylarında Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 26,8% və ya 25.9 milyon manat azalaraq 70,6 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında 16.1 milyon manat, fevral ayında 36.1 milyon manat, mart ayında isə 62.8 milyon manat ipoteka kreditləri verilib. (Apa)