EN

“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO

“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Demyen Lyuisin kitabı əsasında İkinci Dünya müharibəsindən bəhs edən “Qeyri-Centlmen İşlər Nazirliyi” döyüş komediyasının premyeradan öncə nümayişi keçirilib.Filmin rejissoru məşhur britaniyalı Qay Riçidir. O, aktyorları peşəkarcasına seçməyi və xarizmatik personajlar yaratmağı bacarır.Baş rollarda: Henri Kevil, Eisa Qonsales və Alan Riçson.Bu maraqlı hekayə real hadisələr əsasında qurulub.Film haqqında qısaca: 1942-ci il, Böyük Britaniya. Onlar yaxşıların ən yaxşısıdırlar. Təkbaşına hərəkət etməyə öyrəşmiş macəraçılar və birinci dərəcəli mütəxəssislər. Lakin bütün dünyanın taleyi təhlükə altında olduqda onlar çox gizli bir döyüş bölməsində birləşməli və nasistlərə qarşı cəsarətli bir missiyaya başlamalıdırlar. İndi onların işi müharibədir və onlar bunu tamamilə qeyri-centlmen bir şəkildə aparacaqlar.“CineMastercard”da keçirilən tədbirdə qonaqlar arasında şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri olublar.“Bolşoy Prazdnik” şirkətinin hərbi dekorasiyası, “ProEvents”in işıq effektləri və canlı musiqi ifası tədbirə xüsusi əhvali-ruhiyyə bəxş edib.Tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, “Cinema Distribution”, “Light in Black” kreativ şirkəti (foto və video), “FRYDAY Burgers & Fries” restoranı və “Чёткая Organic vodka” dəstək göstəriblər.Tədbir filmin nümayişi ilə başa çatıb.“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Chosen
559
adalet.az

1Sources