EN

Bu dərmanlar gözə zərər vura bilər -

“Moorfields” Göz Xəstəxanasının və London Universitet Kollecinin doktoru Alan Kastnerin rəhbərlik etdiyi araşdırmada kalsium kanal blokerləri (KKB) kimi tanınan ümumi qan təzyiqi dərmanını qəbul edən şəxslər üçün potensial risk müəyyən edilib. Böyük Britaniyada 427 mindən çox insanın sağlamlıq qeydlərinin təhlili göstərib ki, KKB istifadəçiləri müalicə edilmədikdə onlarda korluğa səbəb ola biləcək qlaukomanın inkişaf ehtimalı artır.Metbuat.az xəbər verir ki, tədqiqata cəlb olunan qrupda 33175 nəfər KKB-dən istifadə edib. Araşdırma həmin şəxslər arasında bu dərmanları qəbul etməyənlərlə müqayisədə qlaukoma riskinin daha yüksək olduğunu üzə çıxarıb.Qeyd edək ki, tədqiqat müəllifləri bu nəticənin digər qan təzyiqi dərmanlarına aid olmadığını bildiriblər.Doktor Kastnerin komandası KKB və qlaukoma arasında əlaqəni daha dərindən araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıb. Bildirilir ki, tibb ictimaiyyəti araşdırmaları davam etdirdiyi üçün hazırda KKB-lərdən istifadə edən xəstələrin öz həkimləri ilə məsləhətləşməsi çox vacibdir.

Eyni zamanda, tədqiqat qan təzyiqi dərmanlarının potensial yan təsirləri haqqında xəstələri və tibb mütəxəssislərini məlumatlandırmaq baxımından mühüm xatırlatma rolunu oynayır.

Chosen
41
4
metbuat.az

5Sources