EN

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. 

Qlobal.net xəbər verir ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel 2024-cü il tarixindən Məmmədov Fəzail Salman oğlu təyin olunub. 

Fəzail Məmmədov 1996-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat fakultəsini bitirib. 1996-cı ildən riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ilədək Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində riyaziyyat müəllimi vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Təlimə Dəstək Mərkəzində baş metodist kimi fəaliyyət göstərib. "Məktəb direktorlarının hazırlığı kursu"nu bitirib.  

O, 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildən Təhsildə Keyfiyyət Təminatı Agentliyində İnspektor vəzifəsini davam etdirməkdədir. 

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Chosen
491
50
qlobal.net

10Sources