EN

Bakıda mağazadan qovulan qadın ictimai müzakirə mövzusu oldu - kim haqlıdır…

Könül İsmayılova: “Kimisə geyimə görə ictimai yerdən qovmaq düzgün deyil”Sosial şəbəkədə açıq-saçıq geyinən bir qızın alış-veriş edərkən geyiminə görə mağazadan qovulduğunu əks etdirən video yayılıb. Görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəzi insanlar onu qovan qadını haqlı sayaraq bildiriblər ki, ictimai qınaq sayəsində belə halların qarşısı alına bilər. Amma digər qisim isə qovulan qadının hüquqlarının pozulduğunu, hər kəsin geyim azadlığının olduğunu bildirib.Bəs görəsən, bir qadını geyiminə görə ictimai yerdə aşağılamaq nə qədər doğrudur?“Qovulan şəxs onu aşağılayan xanımdan həyalı idi ki, sakitcə, heç bir cavab vermədən dükanı tərk etdi, bu nüans da nəzərə alınmalıdır”Psixoloq Könül İsmayılova baki-xeber.com-a açıqlamasında bildirib ki, insanların geyimi, davranışı, düşüncəsi özlərinə məxsusdur və onlar bu hərəkətlərdə azaddırlar: “Kimisə geyimə görə ictimai yerdən qovmaq düzgün deyil. Xanımı oradan qovan qadında o haqq olmalı deyil ki, kimisə sərt formada təhqir edib dükandan  qovsun. Məlum videoya mən də baxdım. Qadının geyimi Azərbaycan mentaliteti üçün uyğun sayılmır. Ancaq bu digər qadına haqq vermir ki, alıcı kimi dükana daxil olub, başqa bir alıcını geyiminə görə aşağılayıb qovsun. Məncə, qovulan şəxs onu aşağılayan xanımdan həyalı idi ki, sakitcə, heç bir cavab vermədən dükanı tərk etdi. Bu nüans da nəzərə alınmalıdır. Əgər geyimə görə narahatıqsa o zaman bu irad hər kəsə edilməlidir. Efirimiz bu gün açıq-saçıq geyinən müğənnilərlə doludur. Sosial şəbəkədən isə danışmağa dəyməz. Geyimlə bağlı dəyişiklik istəyiriksə sakitin, fağırın üstünə deyil, sadaladıqlarımın üstünə gedilməlidir”.Həmsöhbətimiz onu da bildirdi ki, qadının görüntüyə alınması, geyiminə görə irad bildirilməsi, ictimailəşdirilib ləyaqətinə xələl gətirilməsi pozuntudur. Bu, birbaşa şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır, şəxsi həyata müdaxilədir.Günel CƏLİLOVA

Chosen
208
2
baki-xeber.com

10Sources