İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib. Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.