EN

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər.

 

Sfera.az lent.az-a istinadən bildirir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. 

 

Sərnişinlər Zina Mareseva küçəsində 18 yaşlı sürücü ilə yol pulunu ödəməkdən boyun qaçıraraq münaqişə edib. Nəticədə onlar gənci çoxsaylı yumruq və təpiklərlə vurmağa başlayıblar. Ağır xəsarət alan sürücü dünyasını dəyişib, şübhəlilər isə hadisə yerindən qaçıblar.

 

İki nəfər qısa müddətdə saxlanılıb. Faktla bağlı "Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb.

 

Chosen
175
50
sfera.az

10Sources