EN

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir.

Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştirak edib. Rejissor hələ keçən dekabr ayında Bayden kampaniyasının ianə toplama mərasimində çıxış edib.

Spilberq 2008-ci ildə ozamankı Prezident Barak Obamanın kampaniyası üçün prodüserlik edib. Bayden isə o zaman Obamanın vitse-prezidenti olub.(oxu.az)


BiG.Az
Chosen
136
30
big.az

10Sources