"Qərb anlayıb ki, onun gündəliyini bölüşməyən, ənənəvi dəyərləri, dövlətin suverenliyini, xristianlığı uğurla dirçəltməyə cəhd edən bir adamla üz-üzədir..."
Aleksandr Duqin Taker Karlsona müsahibə verib, filosof ABŞ-da rusofobiyanın metafizik xarakter daşıdığını bəyan edib
Rusiya Dövlət Humanitar Universiteti yanında İvan İlyin adına "Ali Siyasi Məktəb" tədris-elmi mərkəzinin direktoru, filosof Aleksandr Duqin amerikalı jurnalist Taker Karslona müsahibə verib.
Moderator.az xəbər verir ki, "vedomosti.ru" nəşri yazıb.
Nəşr Duqini Rusiyanın ən məşhur siyasi filosofu adlandırıb. Karlson bəyan edir ki, onun ideyaları "o qədər təhlükəli hesab edilir ki, Ukrayna hökuməti onun qızını öldürüb, "Amazon" isə onun kitablarını satmır".
Jurnalist Duqinlə Qərbin "dağıdıcı davranışından" danışıb və Rusiyanın nə zamandan ABŞ-ın başlıca düşməni hesab edildiyi barədə sual edib.
Suallardan biri Vladimir Putin hakimiyyətə gəldikdən sonra ABŞ-ın Rusiyaya qarşı yaranan nifrətinin səbəbinə aid olub (jurnalistin dəyərləndirməsinə görə, Boris Yeltçinin dönəmində, Vaşinqton Rusiyaya isti münasibət göstərib).
Duqin cavabında bəyan edib ki, Putin hələ 2000-ci illərdə Rusiyanı Qərbin təsirindən çıxarmağa başlayıb.
Qərb anlayıb ki, onların gündəliyini bölüşməyən, ənənəvi dəyərləri, dövlətin suverenliyini, xristianlığı, ənənəvi ailəni uğurla dirçəltməyə cəhd edən bir adamla üz-üzədir.
"Onlar Putini məhz Putin kimi aşkar etməyi bacarıb. O, ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir", - Duqin deyib.
Nəticədə Qərbin Rusiya Federasiyasına nifrəti metafizik xarakter daşıyır, filosof əmindir.
"Əgər sizin məqsədiniz ənənəvi dəyərləri məhv etməkdirsə və bu zaman kimsə nüvə silahı ilə bu dəyərləri müdafiə etməyə hazırdırsa, siz onu aradan götürməyə cəhd edəcəksiniz", - o əlavə edib.
Putinin özü 2024-cü ilin fevralında Karlsona müsahibə verib. Rusiya lideri müsahibənin əvvəlində "kiçik tarixi arayış" verərək çoxillik tarix ərzində Rusiya ilə Ukrayna arasında olan münasibətlərin xarakterini müfəssəl izah edib.
Putin həmçinin Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyatı"nın başlanmasının səbəbləri haqqında danışaraq NATO- nun şərqə doğru genişləndirilməyəcəyi barədə vədinin pozmasını xatırladıb.
Xatırladaq ki, filosofun qızı Darya Duqina 22 avqust 2020-ci ildə Moskva ətrafında Morjaysk şosesində partlayış nəticəsində həlak olub.
O, atasının "Toyota Land Cruiser Prado" avtomaşınında olub, atası isə tədbiri başqa maşında tərk edib.
Rusiya FTX bəyan edib ki, bu cinayəti Ukrayna xüsusi xidmət orqanları təşkil edib, icraçı isə Ukrayna vətəndaşı Natalya Vovk olub.