EN

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi - VİDEO

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb.

Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib.

Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunun sıradan çıxması nəticəsində içməli sudan məhrum olub, 300 mindən çox ev işıqsız qalıb.

Mənbə: CNN Brasil


Chosen
134
33
7news.az

10Sources