EN

Rusiya Ukraynanın iki vilayətinə hücuma hazırlaşır – Tarix AÇIQLANDI

Rusiya Xarkov və Sumi vilayətlərinə hücuma hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, rusların bu niyyətini həyata keçirməsi Donbassdakı əməliyyatlardan asılı olacaq. Skibitski proqnozlaşdırır ki, Rusiyanın növbəti böyük hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq.

Kəşfiyyat məlumatlarına əsasən, Rusiya Ukraynada ümumilikdə 514 min əsgərdən ibarət quru qoşunu bölmələrini yerləşdirib. Xarkovla sərhəddə yerləşən Rusiyanın şimal qüvvələrinin sayı isə 35 000 əsgərdir. Skibitski ehtimal edir ki, yeni işğal əməliyyatı zamanı Xarkov istiqamətində əsgər sayı 50 000-70 000-ə qədər artırılacaq. Skibitski əmindir ki, rusların böyük bir şəhəri tutmaq üçün kifayət qədər resursu yoxdur.

Skibitski qeyd edib ki, Qərb hərbi rəsmiləri də eyni fikirdədir: “Müəyyən həmlələr üçün əməliyyatlar mümkündür. Lakin Xarkov və ya hətta Suminin tutulması başqa bir sifarişdir və biz bunu bilirik. Buna görə də indi köməyə ehtiyacımız var”.

Xatırladaq ki, Rusiya rəsmiləri ABŞ-nin və Qərbin digər ölkələrinin Ukraynaya uzunmənzilli (100-300 km) raketlər verəcəyi təqdirdə Ukrayna ilə sərhəddə bufer zona yaradacaqları ilə bağlı xəbərdarlıq ediblər. Artıq bu cür raketlərin verilməsinə başlanılıb və yəqin ki, Rusiya da əks tədbirlər görəcək.

Məhz bu məqsədlə Xarkov və Sumi vilayətlərinə yeni müdaxilə mümkün görünür. Hər iki vilayət Ukraynanın şərqində, Rusiya ilə sərhəddə yerləşir. Xarkovun ərazisi 31,4 min kvadrat kilometr, Sumi vilayətinin ərazisi 23,8 min kvadrat kilometrdir. Hər iki vilayət qonşudur və Rusiya ilə yüzkilometrlərlə uzanan böyük sərhəddi var. Əgər Rusiya bufer zona yaratmaq istəsə, hökmən adıçəkilən vilayətlərin ərazisinə daxil olmalıdır./sfera.az/

Chosen
324
21
turkustan.az

10Sources