EN

Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi vətəndaş tərəfindən təhdid olunub.

Bununla bağlı Birliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Məlumatda bildirilir ki, sığınacaqda dörd gün qalıb çıxmış qadının keçmiş əri onlara sığınacağı yandıracağı, partladacağı, onlara faciə yaşadacağı və aparıcı Zaur Baxşəliyevi maşında güllələyəcəyi ilə bağlı təhdid mesajı göndərib.

Qeyd olunur ki, təhdid mesajlarını yazan şəxs qadından rəsmi olaraq ayrılıb və bir müddət əvvəl qadının qardaşının başına kafel vuraraq ona xəsarət yetirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

“Şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Chosen
108
3
musavat.com

6Sources