EN

“Kəpəz”in futbolçusu Premyer Liqa klublarının hədəfinə düşüb

“Kəpəz”in aparıcı futbolçusu olan Junior Martinş Premyer Liqada mübarizə aparan əksər klubların transfer siyahısında özünə yer edib.

Apasport.az saytına verilən məlumata görə, dekabrın 31-də “Kəpəz”lə müqaviləsi başa çatacaq oyunçu “Zirə” və “Sumqayıt”ın “radarı”ndadır. “Zirə” Martinsi heyətinə qatmaqda daha israrlı olduğu iddia edilir. Amma eyni anda, Gəncə klubu da futbolçusuna yeni müqavilə təklif edib. Braziliyalının hansı qərarı verəcəyi mövsüm başa çatdıqdan sonra bəlli olacaq.

Qeyd edək ki, Junior “Kəpəz”lə yanvarın 2023-cü il yanvarın 1-də müqavilə imzalamışdı. 24 yaşlı futbolçu buna qədər isə Braziliyada “Maranhao”, “Moto Klub”, Litvada isə “Babrunqas” klublarında oynayıb.

Chosen
67
apasport.az

1Sources