EN

Rusiyanın yeni hədəfi: Hücum üçün qoşun toplanır

Rusiya ordusu Belqorod-Xarkov əməliyyat istiqamətində hücum üçün Leninqrad Hərbi Dairəsinin hərbçilərindən ibarət Şimal qoşunlar qrupu formalaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib.

Amerikalı analitiklərin fikrincə, Kremlin Xarkov və Sumı vilayətlərini ələ keçirmək üçün kifayət qədər hərbi qüvvəsi yoxdur. Ukraynalı hərbi ekspert Konstantin Maşovets deyir ki, Rusiya bu məqsədlə yeni hərbi hissə yaradır.

Maşovets xatırladıb ki, ruslar son vaxtlar Ukraynanın şimal-şərqdəki sərhəd rayonlarına, məsələn, Çerniqov, Sumı və Xarkov vilayətlərinə hava, PUA və raket zərbələrini gücləndiriblər.

“Ukrayna rəsmiləri Rusiyanın Xarkovu ələ keçirmək üçün gələcəkdə mümkün hücum təhlükəsi barədə getdikcə daha çox xəbərdarlıq etməyə başlayıblar. Amma hazırda şəhəri ələ keçirmək üçün Rusiyanın lazımi qüvvəsi çatışmır. Eyni zamanda, Xarkov və Sumıda Rusiyanın hücum əməliyyatları Ukrayna ordusunun diqqətini cəbhənin digər, daha vacib bölgələrindən yayındıracaq”, - ABŞ institutu əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
306
21
teleqraf.com

10Sources