Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Bəyanatda Qərb hərbi birləşmələrinin Xarkov vilayətindəki Kotlyarovka qəsəbəsini ələ keçirdiyi, “Mərkəzi hərbi birləşmələrin Donetsk Xalq Respublikasının Solovyevo qəsəbəsini də azad etdiyi” bildirilib.
Açıqlamada Rusiyanın operativ-taktiki aviasiya bölmələrinin, raket və artilleriya bölmələrinin Ukraynada 2 pilotsuz uçuş aparatı (PUA) istehsalı müəssisəsini məhv etdiyi, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısının vurulduğu bildirilib.
Malik Atilay
Bizi Facebookda izləyin