EN

Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

İnterpress.az -ın məlumatına görə, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çəki dərəcələrində medalçılar bəlli olub.

Oğlanlar arasında 50 kq-da Məhəmmədəli Hüsiyev və 55 kq-da Nihad Məmişov qızıl medala sahib çıxıblar.

60 kq-da Fərid Qarayev gümüş, Özqan Quliyev bürünc medal əldə edib.

66 kq-da Ramil Mahmudov və Səlim Sultanov bürünc medala yiyələniblər.

Qızlar arasında 40 kq-da Xədicə Abdullayeva, 44 kq-da Leyla Ələkbərova, 52 kq-da Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıblar.

Chosen
163
15
interpress.az

10Sources