Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfirliyi məlumat yayıb.
Qazaxıstan lideri Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində və Qələbə günü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Bundan əvvəl Özbəkistan və Belarus prezidentləri Şavkat Mirziyoyev və Aleksandr Lukaşenko, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiya Federasiyasının paytaxtına gediblər.
Ağarza Elçinoğlu