Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin zabitləri yenidən cəbhəyə göndəriləcəklərindən qorxaraq evlərinə qayıtmaq istəmirlər.
Oxu24.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
“Əsirlərimizin çoxu Ukrayna Silahlı Qüvvələrinin zabitləridir. Geri qayıtmaq istəmirlər. Bizdən xahiş edirlər ki, onları Ukraynaya verməsinlər, çünki yenidən cəbhəyə göndəriləcəklər. Onlar bizim yanımızda özlərini təhlükəsiz hiss edirlər”, - deyə o bildirib.
Mayın 8-də günortadan sonra Ramzan Kadırov “şeytanları” təəccübləndirmək istədiyi üçün xüsusi hərbi əməliyyat zonasında istifadə strategiyası hazırladığını açıqlayıb.
Bundan əvvəl Kadırov Odessa və Xarkovun “bu ay” tutulmasının vacibliyini bəyan etmişdi.
Onun sözlərinə görə, indi Rusiya Zelenskini “lazımi sənədləri imzalamağa” nail olmaq üçün ən yaxın əraziləri “ələ keçirməlidir”.
Nigar