İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Pau Kabarsinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi La Liqa klubuna məxsus olacaq. Gənc oyunçunun sərbəst qalma məbləği 500 milyon avro təyin olunub.
Qeyd edək ki, Pau Kabarsi "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.