EN

Yapon milyarder “Facebook”u bir qəpiklik etdi

Yapon milyarder Yusaku Maezava ABŞ-nin “Meta” korporasiyasına və “Facebook”un Yaponiya bölməsinə qarşı iddia qaldırıb.

İddia iş adamının özü də daxil olmaqla, məşhur şəxslərin adından saxta reklamların yerləşdirilməsilə bağlıdır.

“Bu gün biz “Meta” və “Facebook Japan”a qarşı məhkəmə iddiası qaldırdıq. Bir yen (0.0011 qəpik) məbləğində təzminat iddiası qoyuldu. Əvvəlcə onların hərəkətlərinin qanuni olub-olmadığını aydınlaşdırmaq istərdik. Biz də onlardan xahiş edirik ki, fırıldaqçı reklamlarla mübarizə üçün gördükləri səylərlə bağlı konkret təfərrüatları açıqlayın və məsul şəxslərin məhkəmədə şahid qismində dindirilməsini təmin edin”, - milyarder sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Yaponiyada son vaxtlar sosial şəbəkələrdə məşhurların fotolarından və adlarından istifadə edilən saxta reklamlar yayılıb.

Maezava gəlincə o, xüsusi hazırlanmış dəb geyimləri üçün onlayn platforma olan “Zozo”nun qurucusu və rəhbəridir. “Forbes” jurnalının məlumatına görə, yaponiyalının sərvəti üç milyard dollara yaxındır.

Mənbə: TASS

Chosen
301
3
oxu.az

10Sources