EN

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ
Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə 1news.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.

Chosen
162
50
1news.az

10Sources