EN

Tramp-Bayden debatıHƏLLEDİCİ OLA BİLƏR

Co Bayden Donald Trampla yalnız iki raund debata çıxmağa razılaşıb. Baydenin qərargahı üçüncü debatın keçirilməsi təklifindən imtina edib. Adətən ənənəvi olaraq debatlar üç raund olur. Baydenin qərargahını rəhbəri Jen Dillon bununla bağlı deyib: “Artıq hansısa oyun, xaos və debat haqqında müzakirələr  olmayacaq”.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, ABŞ prezidentliyinə iddialılar iyunun 27-də və sentyabrın 10-da debatda görüşəcəklər. Namizədlər seçiciləri özünə cəlb edə biləcəklər, yoxsa bu debat onlar üçün fəlakət olacaq?

Birinci debatı CNN, ikincisini isə ABC kanalı nümayiş yayımlayacaq. CNN-dən verilən açıqlamada qeyd edilir ki, Tramp və Bayden studiyada təkbaşına görüşəcək və auditoriya olmayacaq. Debatda yalnız moderatorlar iştirak edəcək. CNN xatırladır ki, Amerika tarixində liderlər debatda tamaşaçılar olmadan 64 il əvvəl görüşüblər. Həmin vaxt mübarizə Con Kennedi ilə Riçard Nikson atasında gedirdi.

Reuters yazır ki, bu debatlar hər iki namizəd üçün risklərlə doludur. Debat abort məsələsindəki mövqeyinə görə Trampın zərərinə ola bilər.  81 yaşlı Baydenin isə yaddaş və nitqində problemlər olur.

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi elan edib ki, Baydenə Trampla debata getməyi məsləhət görmür. Pelosi xatırladıb ki, 2016-cı ildə keçirilən kampaniyası zamanı Donald Tramp Hilari Klintonla görüşdə rəqibini açıq-aşkar qorxudub, 2020-ci ildə isə Baydenlə görüşdə həm rəqibinin, həm də moderatorun sözünü yüz dəfədən çox kəsib. Pelosi hesab edir ki, hər bir namizəd seçicilərlə ayrı-ayrılıqda görüşlər təşkil etməli və onların vedoçəkilişi internetdə yerləşdirməlidir.

“The Economist”in rəyinə görə, hazırda olan vəziyyətə görə Tramp 44%, Bayden isə 43% səsə sahibdir.

Chosen
281
50
ikisahil.az

10Sources