Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin tabeliyində Cahangir Cahangirovadına Xorun “Ver sözə ehya” adlı konsert proqramı təqdimolunub.
Trend xəbər verir ki, bəstəkarın xatirəsinə həsr olunan konsertproqramında xor bu dəfə tamaşaçıların görüşünə fərqli repertuarlagəlib.
Xorun bədii rəhbəri və dirijoru, Əməkdar müəllim Təranə Yusifovatərtib etdiyi proqrama Ü.Hacıbəyli, Cahangir Cahangirov, RamizMustafayevin əsərləri ilə yanaşı, müasir işləmələr də əlavəetmişdi.
Tədbirin aparıcısı Saleh Bağırov Azərbaycanda xorun yaranmatarixi və inkişafı haqqında məlumat verdi. Müasir xor sənətimiz vəonu yaşadanlar xatırlandı.
Daha sonra xorun ifasında bir-birindən maraqlı repertuar təqdimolundu. Xorun konsertinə dəstək verən Xalq artistləri TeyyubAslanov, Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və ifaçıVasif Hüseyn muğam, poeziya və etno-caz səpkili duetləri ilə gecənidaha da rövnəqləndiriblər. Konsertmeyster Əməkdar artist NərgizƏliyevanın müşayiəti ilə xorun ifasında müasir dövrün yeniişləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr dəsəsləndi.
Gənc ifaçılar Nigar Cəlilova və Orxan Hüseyn solo ifaları iləxora dəstək oldular, xalq mahnılarımızdan parçalar, cazimporivizələri ilə bəzədilər proqramı. Azərbaycan MilliKonservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiyaşöbəsi şagirdlərinin çıxışları da maraqla qarşılanıb.
Rejissor Mirsahib Qabiloğlunun quruluş verdiyi konsertmusiqi-poeziya və ifa nömrələrinin həmahəngliyi ilə yadda qaldı.Məhəmməd Füzulinin və müasir dövr şairlərimizin muğam və musiqiyəhəsr olunan poeziya nümunələrinin xorun repertuarına uyğun seçilibsəslənməsi də tamaşaçıların böyük marağına səbəb oldu.
Xatırladaq ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafıdahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. HazırdaCahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildəÜzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarınözü rəhbərlik edib, bir müddət sonra isə kollektivə rəhbərliyi gəncbəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycanxalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işidavam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya vəRadiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalqartisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdənömrünün sonunadək xorun bədii rəhbəri olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü iltarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri iləbirlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq MuğamMərkəzinə verilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az