İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda 15 mindən çox uşaq ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti X hesabında yazıb.
Açıqlamada İsrail ordusunun 7 aydan çoxdur havadan, dənizdən və qurudan hücumlar təşkil etdiyi Qəzza zolağında həyatını itirən uşaqların sayına diqqət çəkib.
Bildirilib ki, hücumlarda 15 min 103 uşaq şəhid olub.
Bundan başqa ölənlərin sayının 35 min 233, yaralı sayının isə 79 min 141-ə yüksəldiyini açıqlanıb.
Türkan
Sitat.info