"Ukrayna prezidenti Vladimir Zelenski anlamalıdır ki, Qərb onu heç vaxt “öz masasında” qəbul etməyəcək. Ona görə də Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi kimi, münaqişəyə son qoymaq lazımdır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
O, Zelenskinin davranışını qəribə adlandırıb.
Qeyd edək ki, Rusiya hakimiyyət orqanları münaqişənin həlli üçün Ukrayna ilə danışıqlara hazır olduqlarını dəfələrlə bəyan ediblər. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diqqəti əsas maneələrin Zelenskinin fərmanı ilə qanuniləşdirilən Putinlə danışıqların qeyri-mümkünlüyü, eləcə də Ukraynanın təşəbbüsləri olduğuna diqqət çəkib.
Mehman Mehdiyev