ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin administrasiyasını İsrailə fasiləsiz silah tədarükünü təmin etməyə məcbur edən qanun layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Konqresin aşağı palatasının saytında məlumat yer alıb.
Qeyd olunur ki, sənədin lehinə 224 konqresmen çıxış edib, 187 nəfər isə sənədin əleyhinə səs verib.