EN

“Xəzri”nin baş məşqçisindən iddialı açıqlama

“Hər iki komanda çempionluğu layiqdir. Bu matçda həqiqətən də çox yaxşı performans sərgilədik”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen deyib.

Azərbaycan Basketbol Liqasının final seriyasının ilk oyununda “Sabah”a 95:75 hesabı ilə qalib gələn mütəxəssis oyunu şərh edib. O bildirib ki, yaxşı müdafiə olunmaları qələbəni gətirən əsas amillərdən olub: “Pley-off seriyasında ortalama 66,6 xal buraxmışdıq. Bu matçda da rəqibi 70 xalda saxlaya bildik. Hər zaman dediyim kimi, yaxşı müdafiə olunduğumuz zaman hücumda daha uğurlu çıxış edirik. Oyunçularımın hər birini təbrik edirəm. Hücumda 95 xal qazandıq. Bu da bizim üçün çox vacib idi. Buna görə də xoşbəxtəm. Artıq seriyada 1:0 hesabı ilə öndəyik. Bu görüşü unudub növbəti qarşılaşmanı düşünməliyik. Çünki önümüzdə uzun bir seriya var”.

Dikmenin sözlərinə görə, növbəti oyunlara ayrı konsentrasiya ilə hazırlaşacaqlar: “Səhvlərimizdən dərs alaraq növbəti görüşə fərqli şəkildə çıxacağıq. Ümid edirəm ki, oyunumuzu bu cür davam etdirərik. Pley-offlar fərqli bir yerdir. Hər zaman istədiyiniz performansı göstərə bilməzsiniz. Final seriyası çox uzundur. Burada həm fiziki, həm də mental olaraq hansı komanda daha yaxşı çıxış etsə o da çempion olacaq”.

Qeyd edək ki, komandalar arasında növbəti oyun mayın 19-da keçiriləcək. Final seriyasında 3 qələbə qazanan komanda qızıl medala yiyələnəcək.

İdman.biz

Chosen
167
17
idman.biz

10Sources