EN

Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO

Təqribən bir həftə öncə İranın ali dini rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazinin verdiyi bir açıqlama ölkədə və beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.  Belə ki, o, “Al-Jazeera” telekanalına müsahibəsində Tehranın atom bombası istehsal etmək barədə qərarı olmadığını, lakin İranın varlığına təhlükə yaranacağı təqdirdə nüvə doktrinasını dəyişməli olacaqlarını deyib.
 
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.
 
Bildirilir ki, İsraillə qarşılıqlı hücum və son dərəcədə gərgin münasibətlər kontekstində verilmiş bu açıqlamaya Ağ Evin reaksiyası özünü çox gözlətməyib; ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel qısa və konkret şəkildə bəyan edib ki, Vaşinqton İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək.
 
Xatırladılıb ki, mayın 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə ənənəvi mətbuat konfransında bununla bağlı suala cavab verərkən İranın nüvə doktrinasında heç bir dəyişiklik baş verməyəcəyini deyib.
 
“Amma bu, kifayət qədər ikibaşlı açıqlamadır və özündə “hələlik” mənasını da ehtiva edir. Bunu İran mətbuatında dərc olunmuş bəzi təhlillər və tanınmış simaların açıqlamaları da nümayiş etdirir. Məsələn, SEPAH-a bağlı “Cavan” qəzeti Xərrazinin dediklərini şərh edərkən yazıb: “İran və İsrail arasında 18 gün davam edən görünməmiş gərginlik bir çox şeyləri dəyişdirdi və daha çox şeyləri də dəyişdirəcək. Dəyişməsi mümkün olan məsələlərdən biri də İranın nüvə proqramının istiqamətidir”, - deyə müəllif vurğulayıb.
 
Ətraflı süjetdə:

Chosen
259
50
moderator.az

10Sources