EN

Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya yoluxdu

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud pnevmoniyaya yoluxub.

Publika.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistan KİV-i kral ofisinin bəyanatına istinadla yayıb.

Bildirilib ki, o, Ciddədəki Əl-Salam sarayındakı ixtisaslaşdırılmış klinikada antibiotik müalicəsi kursuna başlayacaq.

88 yaşlı monarx bazar günü Əl-Salam sarayında qızdırma və oynaq ağrılarından şikayət edərək tibbi müayinədən keçib. Müayinədən sonra onun səhhətinə nəzarət edən həkim qrupu müalicə üçün xəstəxanaya yerləşdirməyə qərar verib.

Chosen
97
16
publika.az

10Sources