EN

BMT: Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

“Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir və onun iqlim fəaliyyətlərinə güclü sadiqliyini nümayiş etdirir”.

Bu fikirlər BMT-nin mətbuat xidmətinin AZƏRTAC-ın ABŞ bürosunun sorğusuna cavabında yer alıb. Bildirilib ki, BMT COP29-un sədrliyinə geniş miqyasda dəstək verir. 

Bildirilib ki, BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın həmsədrliyi ilə BMT Qlobal COP29 İşçi Qrupunu təsis edib:

“Ölkə səviyyəsində isə BMT komandası Azərbaycanda iqlim fəaliyyətlərini mobilizə etmək üçün bütün maraqlı tərəflərlə işləyir. Buna misal olaraq, BMT-nin Azərbaycan nümayəndəliyi tərəfdaşlarla birlikdə iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı ölkə boyu dialoq və fəaliyyətə təkan vermək üçün “29 iqlim müzakirəsi: COP29-a gedən yol” adlı təşəbbüs həyata keçirib. Bundan əlavə, BMT-nin ölkədəki komandası COP29 ərəfəsində və tədbir zamanı Azərbaycanın hər yerindən gənclərlə işləmək məsələsinə xüsusi diqqət yetirir. Burada məqsəd onları həvəsləndirmək, maarifləndirmək, səfərbər etmək və bununla da onlara fəaliyyət göstərmələri və iqlim həllərinin bir hissəsi olmaları üçün imkan yaratmaqdır”.

Chosen
249
50
xalqqazeti.az

10Sources