Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb.BUTA.TVGlobalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib. O bildirib ki, kəndə getmək üçün iki yol olacaq: “O yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Bu yolun uzunluğu 750 metr olacaq. Yolun tikintisinin iki aya başa çatdırılması planlaşdırılır”, – Sanosyan vurğulayıb. Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Kirants ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.