EN

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb...

Poliqon globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

O bildirib ki, kəndə getmək üçün iki yol olacaq:

"O yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Bu yolun uzunluğu 750 metr olacaq. Yolun tikintisinin iki aya başa çatdırılması planlaşdırılır", - Sanosyan vurğulayıb.

Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Kirants ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.

Poliqon.info

Chosen
185
5
poliqon.info

10Sources