“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışmağa yaxındır.
Sportinfo.az “Tuttomercato”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisə “Əl-Qadisiyyə” ilə danışıqlar aparıb.
Portuqaliyalı yanvar ayından bəri işləmir. Təcrübəli mütəxəssis artıq klub rəhbərliyinin əsas nümayəndələri ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Əl-Qadisiyyə”ni hazırda Miçel çalışdırır.