EN

"Bakı Abadlıq"ın baş direktoru Binnət Əli Qasımov işçiləri əmək müqaviləsiz işlədir

“Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

“Azərbaycan Reallığı” xəbər verir ki , protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd edək ki, “Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktoru Binnət Əli Qasımovdur.
Chosen
277
7
bakuinform.agency

10Sources