EN

Azərbaycan səfiri Bakıdakı bilik olimpiadasında yüksək nəticə əldə etmiş soydaşlarla görüşüb

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 26-28 maytarixlərində Bakıda keçirilmiş I Türk İnteqrasiya Olimpiadasındayüksək nəticə əldə etmiş Gürcüstan vətəndaşı olan məktəblisoydaşlarla görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakısəfirliyi məlumat yayıb.

“Cari ilin 3 iyun tarixində Azərbaycan RespublikasınınGürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev 26-28may tarixlərində Bakı şəhərində keçirilmiş I Türk İnteqrasiyaOlimpiadasında iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanmışGürcüstan vətəndaşı olan məktəbli soydaşlarımızla görüşmüşdür”, –mətbuat xidməti qeyd edib.

Bildirilib ki, görüş zamanı “məktəbli soydaşlarımızı salamlayansəfir onları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş,onlara gələcək təhsil həyatlarında uğurlar arzu etmişdir”:

“Gürcüstandakı soydaşlarımızla bağlı məsələlərin hər zamanAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevindiqqətində olduğu vurğulanmış, xüsusilə Gürcüstandakı gəncsoydaşlarımızın təhsilinə dair ümummilli lider Heydər Əliyevtərəfindən atılmış əməli addımların bu gün də AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurladavam etdirildiyi olimpiada mükafatçılarının diqqətinəçatdırılmışdır”.

Qeyd olunub ki, “Gürcüstandakı icma təşkilatları nəzdindəfəaliyyət göstərən təhsil mərkəzlərinin gənc soydaşlarımızıntəhsili ilə bağlı icra etdikləri layihələrin əhəmiyyəti barədə sözaçan F.Quliyev bu sahədə görülən işlərin yüksəkqiymətləndirildiyini qeyd etmişdir”:

“Soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə hər zaman dəstəkverməyə hazır olduğunu bildirən diplomat, bu istiqamətdə icraolunmuş və icrası davam edən layihələr barədə məktəblisoydaşlarımıza məlumat vermişdir”.

Səfirin çıxışından sonra “Alyans” Gənclər Mərkəzinin sədri LeylaƏmrahova sözügedən bilik yarışmasının “önəmini qeyd edərəkşagirdlərin orada qazanmış olduqları dostluq münasibətləri vətəcrübədən” danışıb.

“Olimpiadada gümüş medal qazanmış Simar Bayramov və ŞarabanuNənəcənova, həmçinin olimpiadanın bürünc medal mükafatçıları NəzrinQəmbərli, Zəhra Əliyeva, Mürsəl Xıdırov və Zenfira Mamedova bilikyarışı barədə təəssüratları ilə bölüşmüş və gələcək təhsil planlarıbarədə bəhs etmişlər”, – mətbuat xidməti bildirib.

Səfirlik vurğulayıb ki, ümumilikdə 8 ölkədən olan 78 şagirdinqatıldığı olimpiadanın final turunda 56 iştirakçı müxtəlif medal vədiplomlarla təltif edilib: “Gürcüstanın Marneuli, Bolnisi,Qardabani, Dmanisi, Rustavi rayonlarından və Tbilisi şəhərindənolan ümumilikdə altı məktəbli soydaşımız Azərbaycan RespublikasıDiasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də “Soydaş” İctimaiBirliyinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü iləsözügedən olimpiadaya qatılıblar”.

Chosen
195
4
az.trend.az

10Sources