EN

İnternet asılılığı gənclərin aktiv düşünmə qabiliyyətini zəiflədir - Tədqiqat

Tədqiqatçılar internetdən aludə olan gənclərin beynində aktiv düşüncə ilə əlaqəli beyin hissəsindəki funksional əlaqələrin azaldığını aşkar ediblər.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir.

 

“Science Daily” jurnalı xəbər verir ki, tədqiqatçılar 10-19 yaş arası yeniyetmələr üzərində funksional maqnit rezonans görüntüləmə (fMRI) istifadə edən 12 məqaləni nəzərdən keçiriblər.

 

Asılılığı olmayan həmyaşıdları ilə müqayisədə internet asılılığı diaqnozu qoyulan gənclərin beyninin diqqət, planlaşdırma, qərar vermə və impuls idarə etmə bölgələrində eyni vaxtda istifadə edilməsi lazım olan fəaliyyətlərdə birlikdə işləmək qabiliyyətinin zəiflədiyi müşahidə edilib.

 

Onların beyinlərindəki bu dəyişikliklərin yeniyetmələrdə asılılıq yaradan davranış və meyllərlə yanaşı, intellektual qabiliyyət, fiziki koordinasiya, psixi sağlamlıq və inkişafla bağlı davranış pozğunluqlarına səbəb ola biləcəyi müəyyən olunub.

 

Chosen
156
2
aztibb.az

2Sources