Bakı şəhəri, Ağcabədi və İmişli rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillər təmiri ediləcək.
Avtosfer.az-ın “ölkə.az”a istinadən məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti görüləcək işlərlə bağlı hazırlıqlara başlayıb.
Təmir işləri “Construction Business Group” MMC-yə tapşırılıb və şirkətə 295 min 955 manat ödəniş ediləcək.