EN

Aylıq internet puluna görə anasını döydü

Rusiyanın Kostroma vilayətinin sakini anasını hamamda döyüb.

20 yaşlı oğlan mobil internet haqqını ödəmək üçün anasından pul istəyib. O, rədd cavabı aldıqdan sonra yumruqları ilə qadına hücum edib.

Qadının qışqırtısını eşidən qonşular polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayana qədər, oğlan anasının bank kartından pul oğurlayıb və mütəmadi olaraq onu döyüb. Oğula qarşı cinayət işi açılıb, adamı 7 ilə qədər həbs gözləyir./lent.az

Chosen
189
11
musavat.com

10Sources