EN

 Anti-Türk "Vəsiyyətnamə" və ermənilərin Qafqaza yerləşdirilməsi - I Pyotrun İDEYASI 

Bu gün Azərbaycanın ümumilikdə Qafqazın tarixində qara bir zolaq yaradan işğalçı I Pyotrun doğum günüdür .


Adalet.az xəbər verir ki,Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi .

Döv­lət ələ keçirən  və dövlət  ida­rə­çi­li­yin­də ye­ni­lik­lər edən Pyotr 1720-ci il­də bir ne­çə üzvdən iba­rət olan 12 kol­le­giya (hər­bi, əd­liy­yə, ti­ca­rə və sa­ir) ya­rat­dı. Kol­le­qa­nın səd­ri olur­du və hər bir mə­sə­lə kol­le­giya­da mü­za­ki­rə olu­nur­du.
Çar 1708-ci il­də yer­lər­də ida­rə­çi­lik sis­te­min­də is­la­hat­lar ke­çi­rə­rək Ru­si­ya­nı 8 qu­ber­ni­ya­ya böl­dü. Qu­ber­ni­ya­lar əya­lət­lə­rə, əya­lət­lər qə­za­la­ra bö­lü­nür­dü. Qu­ber­ni­ya­lar di­vi­zi­ya, əya­lət­lər polk sax­la­ma­lı idi. Ali nə­za­rət or­qa­nı olan se­nat və kil­sə ida­rə­çi­li­yi­nə nə­za­rət üçün si­nod ya­ra­dıl­dı. 1711-ci il­də ya­ra­dı­lan se­nat Pyotr yü­rüş­lə­rə ge­dən vaxt öl­kə­ni ida­rə edir­di.

Pyotr sə­na­ye­nin və ti­ca­rə­tin in­ki­şa­fı üçün hər cür im­kan­lar ya­ra­dır­dı. Onun ha­ki­miy­yə­ti­nin son il­lə­rin­də öl­kə­də 233 fab­rik və za­vod var­dı. O, ma­nu­fak­tu­ra­lar tik­mək üçün ta­cir­lə­rə və za­də­gan­la­ra kre­dit ve­rir­di.
Pyotr Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı­nı ya­rat­dı və xa­ric­dən ən yax­şı alim­lə­ri də­vət et­di. 1702-ci il­də Ru­si­ya­da ilk qə­zet olan «Ve­do­mos­ti» çap­dan çıx­dı. Hərbçi kadrla­rın ha­zır­lan­ma­sı üçün Na­vi­qa­si­ya mək­tə­bi və kor­pus aç­dı. Pyotr rus əlif­ba­sı­nı sa­də­ləş­dir­di, ərəb rə­qəm­lə­ri tət­biq et­di. Za­də­gan­la­rı və meş­şan­la­rı av­ro­pa­sa­ya­ğı ge­yin­mə­yə və yı­ğın­caq­la­ra ar­vad­la­rı ilə gəl­mə­yə məc­bur et­di. Kəndli­lər və din adam­la­rın­dan baş­qa ha­mı­ya saq­qal sax­la­ma­ğı qa­da­ğan et­di. Məhz Pyot­run vax­tın­da za­də­gan­lar və ta­cir­lər kəndli­lər­dən kəs­kin də­rə­cə­də fərqlən­mə­yə baş­la­dı­lar.

1722-ci ildə Pyotr yeni bir rütbə nizamnaməsi qəbul edərək dövlət məmurlarının vəzifəyə gəlmə sıralamasını dəyişdi. Bu nizamnamə Rusiyada monarxiyanın ləğvinə qədər qüvvədə qaldı. Ardından 28 fevral 1714-cü ildə icbari təhsillə bağlı qanun qəbul edildi. Pyotr Sankt-Peterburqdakı memari inkişafı təmin etmək üçün yeni vergi nizamnaməsi qəbul edildi. 1725-ci ildə Sankt-Peterburqda "Rusiyanın Versalı" adlanan peterhof sarayının tikintisi başa çatdı. Bir sözlə, çəlləkdə çimən, saqqalı dizinə çatan, savadsız rusları və qarmaqarışıq ölkəni qüdrətli etməyi bacardı.

Azərbaycan və I Pyotr

Ölkənin cənub sərhədlərində bir vaxtlar çağlayan Səfəvi imperiyası zəifləmişdi. Belə fürsəti əldən vermək istəməyən Pyotr tarixdə "Böyük Pyotrun fars səfəri" adlanan səfərə çıxdı. 1722–1723-cü illəri əhatə edən və Cənubi Qafqazda rus təsirinin artmasına səbəb olan bu səfərlə Osmanlıların bölgədəki nüfuzu azaldı, Dərbənd, Şirvan, Gilan, Mazandaran, Bakı və Astrabad bölgələri ələ keçirildi.
Tarixi mənbələrdə bildirilir ki, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi.
Iqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.
XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa malik olduğu yeganə cənub dənizi idi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışırdı. Rusiya tarixçisi A.Komarov yazırdı: “Xəzər” dənizi vasitəsilə Şərqlə ticarətin inkişafı Rusiyanın varlanmasına, sənaye sahələrinin inkişaf etdirilməsinə xidmət edəcəkdi. Məhz buna görə Böyük Pyotr, bütün bu əlverişli imkanlardan istifadə edərək, Xəzəri “ərazi baxımdan rus dənizinə çevirməyə çalışırdı”.

Tarixçilərin ümumi fikrinə görə, ermənilərin Azərbaycan torpaqlarına geniş miqyaslı köçürülməsinin əsası I Pyotr tərəfindən qoyulmuşdur . Həmin bu fikr “Russkiy Vestnik” sənədlər toplusunun 1867-ci il buraxılışında da qeyd olunmuşdur.(Русский Вестникь (1867) T. 68. (№ 3-4. Mart-aprel), səh. 596-597)
Belə ki, I Pyotr aydın şəkildə ermənilərin Azərbaycan torpaqlarında, xüsusilə Bakı ətrafında və Dərbənd şəhərinin mərkəzində yerləşdirilməsinin vacibliyini bildirmişdir. Məqsəd Rusiya İmperiyasının şərqdə siyasətini və gələcəkdə işgalları həyata keçirmək üçün ermənilərdən daxildə iğtişaşlar və siyasi gərginliklər yaratmaq üçün istifadə etmək idi.
Mənbə: “Əgər növbəti yay ticarətçi, sənətkar və köçkün ermənilər Dərbənddə, Bakıda məskunlaşsalar (Allah izniylə, oraları mənimsəyəcəyik) və onları qəbul etsələr, Bakı yaxınlığında qəsəbələrdə və Asalin adasında yerləşsinlər… “.
Qeyd edə ki 1725-ci ildə - 52 yaşında ölən I Pyotrun hələ sağlığında müxtəlif dövlət adamlarına tapşırıqları, daha dəqiq yazdığı məşhur "Vəsiyyətnamə" hələ də öz gücünü itirməyib. Həmin məşhur "Vəsiyyətnamə" də Azərbaycanın və ümumilikdə Qafqazın işğalı ilə bağlı tövsiyyələr hələ də qalmaqdadır.

Bəli, I Pyotrun təxribatı sayəsində Türkiyə ilə Qafqaz arasında  ermənilərdən bufer zonası yaradıldı


Əntiqə Rəşid

 

Chosen
170
adalet.az

1Sources