EN

Günvurmadan necə qorunmaq olar? - terapevt Validə Əkbərova açıqlayır

24media. az-ın "1-sual, 1-cavab" rubrikasının bugünkü qonağı terapevt Validə Əkbərovadır. O günvurmanın ilkin əlamətləri və qorunma üsullarından  danışıb.-Sizcə, günvurmanın ilkin əlamətləri nələrdir , bu haldan necə qorunmaq olar?İnsan orqanizminin uzun müddət günəş şüalarının birbaşa təsirinə məruz qalması nəticəsində yaranan təsir növü günvurma adlanır. Qısamüddətli, yüksək intensivlikli təbii ultrabənövşəyi şüalanma da günvurmaya səbəb ola bilir.Günvurma nəinki günəş şüalarının təsiri altında olan zaman, həmçinin məruzqalmadan bir neçə saat sonra da öz təsirini göstərə bilir.Günvurmaya ən çox azyaşlı uşaqlar, yaşlı nəsil, şəkərli diabetli, arterial təzyiqli, ürək- damar, tənəffüs, sinir sistemi xəstəliklərindən, böyrək, qaraciyər və digər daxili orqanların problemlərindən əziyyət çəkən yüksək risk faktorlu xroniki xəstələr, hamilə qadınlar, isti havada qızmar günəş altında fiziki aktivliklə məşğul olanlar, həmçinin düzgün qidalanmayan şəxslər məruz qala bilər.Nisbətən yüngül günvurma zamanı tərləmə, ürək döyüntülərinin artması, təngnəfəslik, başağrıları, başgicəllənmə, zəiflik, dəri səthinin qızarması kimi hallar baş verir.Günəş şüalarının intensivliyi və təsiri davamlı, güclü olduqda ağır günvurma vəziyyəti yaranır ki, bu da beyin toxumasının  və damarlarının zədələnməsi nəticəsində baş verir.Şiddətli başağrıları, başgicəllənmə, göz qaralmalar, güclü ürəkbulanmalar, hətta qusma və qansızmalar, bəzən burundan qanaxma, dəri yanıqları, bədən temperaturunun 40 dərəcədən yüksək olması, hərəki funksiyaların pozulması, huşun itməsi kimi hallar baş verə bilir.Ürək-damar, tənəffüs sistemində də təhlükəli patoloji dəyişikliklər müşahidə olunur.Günvurmadan zərər çəkəni sərin otağa və ya kölgəyə yerləşdirərək geyimini yüngülləşdirmək vacibdir. Bədən temperaturunu aşağı salmaq üçün soyuq su kompreslərindən istifadə etmək, huşu itməyibsə, sərin su, yaxud zəif duzlaşdırılmış su içirtmək lazımdır. Huşu itirmə təhlükəsi yarandıqda naşatır spirtindən istifadə olunmalıdır. Nəfəs ala bilmədikdə isə süni tənəffüs verilməsinə ehtiyac yaranır.Ağır hallarda göstərilən ilk yardımlar nəticə vermədikdə təcili yardıma müraciət olunmalıdır.Günvurmanın profilaktikası, yəni günvurmadan qorunmaq üçün əhali arasında maarifləndirmə işləri aparılmalıdır. İsti havada gəzinti zamanı qədərincə su içmək, çətirlərdən, baş ortüklərindən, eynəklərdən istifadə etmək, sərin yerlərdə yerləşmək məsləhət görülür.

Chosen
93
baku.news

1Sources